• 25 °C
|

WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında “İctimai proqram” keçirilib – FOTO

13 May 2026
img

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Dənizkənarı Bulvarında “İctimai proqram” təşkil olunub.

APA xəbər verir ki, tədbirdə çıxış edən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bildirib ki, tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi və ictimai iştirakçılığın təşviqidir.

O qeyd edib ki, bu istiqamətdə yaranan məsələlər WUF13 çərçivəsində müzakirə olunacaq:“180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu forum hər birimiz üçün önəmlidir”.

Eldar Rəsulov əlavə edib ki, ölkə ictimaiyyətinin tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub:“WUF13 festivallarında 90 minə yaxın insan iştirak edib”.

Daha sonra tanınmış incəsənət nümayəndələrinin konsert proqramı təqdim olunub.

Qeyd edək ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə ölkənin bir sıra şəhərlərində festival proqramları təşkil edilib.