• 15 °C
|

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Tbilisidə iclası keçiriləcək

17 Aprel 2026
img

Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər çox intensivdir. Tezliklə Tbilisidə hər üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda jurnalistlərə açıqlamasında deyib.

O, ənənəvi üçtərəfli formatın məsələlərin parlamentlər səviyyəsində müzakirəsinə imkan verdiyini qeyd edib.

Papuaşvili həmçinin bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistan hökumətləri regionda sülhün qorunması kimi müdrik siyasət yürüdürlər.

Spiker bu gün Orta Dəhlizin əhəmiyyətinin daha da artıdığını vurğulayaraq məhz hökumətlərin sayəsində marşrut boyu ətrafda müşahidə edilən xaos və böhranların olmadığını deyib.