
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Moskvada rəsmi səfərdə olacaq.
Zaxarova Azərbaycan XİN başçısı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini söyləyib.
Bildirib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.