|

Ceyhun Bayramov Əraqçi ilə regional prosesləri müzakirə edib

22 Sentyabr 2026

BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş zamanı Azərbaycan-İran ikitərəfli və çoxtərəfli gündəliyi, eləcə də regional proseslər nəzərdən keçirilib.

Nazirlər yüksək səviyyəli davamlı təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.

2026-cı ilin avqustunda Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qeyd olunub.

Regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Bu çərçivədə diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.