• 26 °C
|

Ceyhun Bayramov İƏT Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

22 Sentyabr 2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

XİN başçısı Azərbaycanın Cammu və Kəşmir mübahisəsinin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib.

Nazir, həmçinin regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından Hindistan və Pakistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb.