• 21 °C
|

Hakan Fidan Bakıya gəlib – YENİLƏNİB

14 Oktyabr 2026
img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib.

***

14.04

Türkiyəninxarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə XİNməlumat yayıb.

O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.