• 29 °C
|

Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz

5 Avqust 2026
img

Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir.

Türkiyənin “Milliyet” qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bildirərək deyib ki, rəsmi Bakı İranı qardaş ölkə hesab edir.

“Çünki bizim qardaşlarımız sərhədin, Araz çayının o tayında yaşayır. Birincisi, ərazilərimizin azadlığı və suverenliyi bizim üçün fundamental prinsiplərdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəmüdaxiləyə imkan verməz. Üçüncüsü, orada bizim vəfaborcumuzvar. Sərhədin o tayında yaşayanlar, dediyim kimi, milliyyətindən, dinindən asılı olmayaraq, bizim qardaşlarımızdır. Buna necə icazə verə bilərik? Dördüncüsü, bu, texniki cəhətdən necə mümkündür? İsraildən burayanecə gələcəklər? Türkiyədən keçməlidirlər. Türkiyə də buna icazə verməz,Azərbaycan da. Bu necə baş verəcəkdi? Burada həm də çirkin təbliğat elementləri var”, – Hikmət Hacıyev vurğulayıb.