|

Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

25 İyun 2026
img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Görüşdə Azərbaycan ilə NATO arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etdik. Həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə ətraflı müzakirələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardıq”, – Hikmət Hacıyev qeyd edib.