• 27 °C
|

Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb

2 İyul 2026
img

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenöz sosial media hesabındaAzərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb.

APA xəbər verir ki, avropalı diplomatı öz paylaşımında bunları yazıb:

“Sülh… ölkələr və insanlar arasında körpülər qurmaq vasitəsilə.

Həm fiziki, həm də məcazi mənada!

Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq “Bağlantılar vasitəsilə Sülh” Proqramını elan etdim.

Sülh içində, bir-birinə bağlı və firavan bir region üçün.”