DTA tərkibində yeni idarələr yaradılır — FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Turizmplus.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılacaq:

1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

1.2. Gəncə Regional Turizm İdarəsi;

1.3. Şəki Regional Turizm İdarəsi;

1.4. Lənkəran Regional Turizm İdarəsi;

1.5. Mingəçevir Regional Turizm İdarəsi;

1.6. Quba Regional Turizm İdarəsi;

1.7. Qarabağ Regional Turizm İdarəsi;

1.8. İsmayıllı Regional Turizm İdarəsi.

Menecerlər