Bakıda «Kilit Global» şirkətinin «SL Travel» turizm agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycan turizmçilərinin bir araya gəldiyi tədbir təşkil edilib.
Turizmplus.az xəbər verir ki, «Fairmont Baku» hotelində keçirilən tədbirin ilk hissəsində yerli şirkətlərin nümayəndələri Türkiyədən gəlmiş 20 məşhur hotelin nümayəndəsi ilə B2B görüşlər keçirib. Şirkət nümayəndələrinə, menecerlərə Türkiyə kurortlarında yay mövsümünə hazırlıq, yeniliklər, qiymət siyasəti və s. barədə məlumatlar verilib.
Tədbirin ikinci hissəsinin açılışında söz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanova verilib. Daha sonra tədbir musiqili proqram, müxtəlif müsabiqələr və axşam yeməyi ilə davam edib. Tədbirdə il ərzində ən çox satış edən 3 şirkət «Kilit Global» tərəfindən təltif olunub.
Qeyd edək ki, ikihissəli tədbirdə Azərbaycan turizmini təmsil edən 300-ə yaxın şirkət nümayəndəsi iştirak edib.