Azərbaycanlı turizmçilər Türkiyəyə yardım kampaniyasının ikinci hissəsinə başlayır

Qardaş Türkiyə Cümhuriyyətinə turizmçilərin ilk yardımı çərçivəsində toplanan məbləğin qalıq hissəsinə fevralın 14-dən etibarən isti qış çadırları və generatorlar alınacaq.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yardım koordinasiya bölməsi və Türkiyə Cümhuriyyətinin Azərbyancanda yerləşən Səfirliyi ilə birgə müzakirələr aparılıb. Müzakirələr zamanı lazımi əşyaların siyahısı çıxarılıb.

Birgə qəbul edilən qərara əsasən, ikinci yardım kampaniyası çərçivəsində zərərçəkənlərə isti qış çadırları və generatorlar göndəriləcək.

İanə etmək istəyənlərin nəzərinə:

Bu gün saat 22:00-a qədər aşağıda göstərilən hesaba ianələrinizi göndərə bilərsiniz.

(KART NO: 4098 5844 5870 7534 )

ƏLAQƏ: 050 212 36 96 – RƏHİM QƏDİROV

Qeyd edək ki, ilk yardım yükləri — isti geyimlər, yorğanlar, konservləşdirilmiş qidalar, uşaqlar və böyüklər üçün gigiyenik ləvazımatlar, dərmanlar və s. fevralın 8-də qardaş Türkiyə Cümhuriyyətinə yola salınıb. 

Menecerlər