Fevralın 24-də Bakı Turizm Peşə Məktəbində Xocalı soyqırımı qurbanlarının anım tədbiri keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbirin əvvəlində Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciə barədə məlumat verib. Direktor qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə xaincəsinə hücum edərək, şəhərin dinc sakinlərini xüsusi amansızlıqla qətlə yetirib.
Müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında lentə alınmış “Xocalının Əlifi” filmi nümayiş etdirilib.