“ALEAN COMPANY” tur-operatoru Polşadan olan turizmçilər üçün Azərbaycanda info-tur təşkil edib.
Turizmplus.az xəbər verir ki, reklam turunda Polşanın aparıcı turizm şirkətlərinin 22 əməkdaşı iştirak edib.
Onlar 8 gün ərzində Bakının və Abşeron yarımadasının maraqlı turistik yerlərini gəzməklə yanaşı, Şamaxı, Lahıc, Qəbələ, Nic və Şəkidə olublar.