Bu istiqamətlərdən Bakıya birbaşa uçuşlar başlayır

IrAero RA 89008 Sukhoi Superjet 100 95B 30610133663

Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı və Novosibirsk–Bakı-Novosibirsk marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Turizmplus.az «Report»a istinadən xəbər verir ki, Omsk uçuşları həftədə üç dəfə həyata keçiriləcək.

“İrAero”nun təyyarələri Novosibirskdən Bakıya hələlik cümə və bazar günləri uçacaq. Bakıdan Novosibirsk şəhərinə isə uçuşlar çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Novosibirsk-Bakı marşrutu üzrə ilk uçuş martın 31-də baş tutacaq. Hava gəmisi yerli vaxtla saat 14:00-da havaya qalxacaq. Bakıya eniş isə saat 15:40-da planlaşdırılır. Uçuş 4 saat 40 dəqiqə çəkəcək.

Geriyə reys saat 23:10-da nəzərdə tutulur, Novosibirsk şəhərinə təyyarə 3 saat 50 dəqiqədən sonra, saat 06:00-da enəcək.

Qeyd edək ki, bu günə qədər Bakı və Omsk arasında birbaşa uçuşlar həyata keçirilməyib.

Menecerlər