«Smart Hotel Management & Consulting şirkətinin» dəvəti və «Founder Club»un təşkilatçılığı ilə SMART Hotel qrupun nəzdində fəaliyyət göstərən «Home Suites Baku-Halal Hotel»də müxtəlif sahələrdə çalışan partnyorlarımız və «SKAL Baku» klubunun üzvləri ilə birgə iftar təşkil edilib.
Turizmplus.az xəbər verir ki, görüşün əsas məqsədi turizmçilərlə digər sahə peşəkarlarının bir araya gəlməsi, fikir mübadilələrinin aparılması və yeni biznes əlaqələrinin qurulması olub.
Tədbirdə «Smart Hotel» qrupun və «SKAL Baku» klubunun rəhbəri Ceyhun Aşurov qonaqlara turizm sahəsi ilə digər biznes sahələrinin birgə əməkdaşlıq sayəsində inkişafı haqqında məlumatlar verib. Ceyhun Aşurov bildirib ki, “Skal İnternational” turizm peşəkarları assosasiyası qlobal bir təşkilatdır. Dünyanın 80 ölkəsində 350 klubdan ibarət olmaqla fəaliyyət göstərir və dünyada 13 min nəfərə yaxın turizm peşəkarını birləşdirir. Skal Baku klubu da bu böyük ailənin bir üzvüdür.
Tədbirin baş tutduğu “Home Suites Halal” hotelinin fəaliyyətinə toxunan Ceyhun Aşurov bildirib ki, Azərbaycanda halal konsepti qoruyan məkan olmaqla «Sizin Bakıdakı eviniz» şüarını daima qoruyub saxlayacaq.