«JW Marriott Absheron Baku» hotelində «Alean Company» tur-operatorunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan, Çexiya, Sloveniya və Litvada kurort müalicəsinə həsr olunmuş təqdimat keçirilib.
Turizmplus.az xəbər verir ki, təqdimatda «Atlantida Boutique Hotel 5*», «Luxury Spa Hotel Olympic Palace 5*», «Spa Vilnius Druskininkai 4*», EGLE» spa kompleksinin (Druskininkai və Birštonas) nümayəndələri iştirak ediblər.
Təqdimatda 100-ə yaxın şirkət nümayəndəsi iştirak edib. Sonda təşkilatçılar və hotellər tərəfindən qiymətli hədiyyələrin təqdim edildiyi müsabiqə təşkil edilib.