Şimali Kipr Türk Respublikasının Millət Məclisi Başçısı Zorlu Töre, Dünya Sağlamlıq Turizmi Şurası 4-cü Dövr Başçısı, Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının sədri Ruslan Quliyevi qəbul edib.
Turizmplus.az xəbər verir ki, qəbulda Dünya Sağlamlıq Turizmi Şurası 2023-24 dövrü Yüksək Məşvərət şurası Başçılığını da icra edən, Kipr (KKTC) Baş nazir köməkçisi, Turizm, Mədəniyyət, Gənclik və Ətraf mühit Naziri Fikri Ataoğlu və Dünya Sağlamlıq Turizmi Şurası Dövr Başçısı, Millət vəkili Dr. Ahmet Savaşan da iştirak edib. Respublika Məclisi Başçısı Zorlu Töre çıxışında, Türkiyənin başçılığında Monakoda, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmrlikləri, Birləşmiş Krallıq, Estonya, Xorvatiya, Hindistan, Nigeriya, Panama, Polşa, Seneqal, Ukrayna, İordaniya və Yunanıstanın iştirakı ilə qurulan və bu gün 56 ölkənin olduğu Dünya Sağlamlıq Turizmi Şurasında (GHTC) Şimal Kipr Türk Respublikasının, Türkiyə və Azərbaycan ilə birlikdə təmsil edilməsinin əhəmiyyətini vurğulayıb.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının sədri Ruslan Quliyev çıxışında, Məclis Başçısı Zorlu Töreyə Azərbaycana verdiyi yüksək dəyər və istiqanlı qonaqpərvərliyə görə təşəkkür edib. Rəhbəri olduğu qurumun illərdir Şimal Kipr ilə turizm sahəsində əməkdaşlıq etdiyini, Dr. Ahmet Savaşanın GHTC dövr başçılığında bu əlaqələrin daha çox inkişafı üçün çalışacaqlarını söyləyib.