Azərbaycan Turizm Agentlikləri Assosiasiyası nəzdində fəaliyyət göstərən Gəlmə Turizm Komitəsi «Açıq qapı» günü keçirəcək.
Turizmplus.az xəbər verir ki, aprelin 13-də saat 11:00-da ATAA-nın baş ofisində Komitənin cari ildə ilk toplantısı keçiriləcək. İlk toplantıda ATAA sədri Göydəniz Qəhrəmanovun iştirakı ilə cari ilin aktual mövzu və problemləri, fəaliyyət mexanizmləri , qarşılıqlı əməkdaşlıq perspektivləri və s. müzakirə olunacaq.
Qeyd edək ki, görüş interaktiv formatda keçirləcək və yalnız ATAA üzvləri iştirak edə bilər.