2023-cü ildə Azərbaycanın turizm marketinə daxil olan tur-operatorlardan biri də «Ayax Global» şirkətidir. Baş ofisi Antalyada yerləşən tur-operator 2008-ci ildən fəaliyyət göstərir və MDB ölkələrində kifayət qədər nüfuza malik şirkətdir.
Turizmplus.az xəbər verir ki, «Ayax Global» yerli turizm bazarına möhtəşəm təqdimatın keçirildiyi tədbirlə qədəm qoyub. Tədbirdə 130-dan artıq aparıcı turizm şirkətinin nümayəndələri iştirak edib. Təqdimat zamanı tur-operatorun göstərdiyi xidmətlər turizmçilərə təqdim edilib. Təqdimatdan sonra qonaqlar üçün şou proqram və dəyərli hədiyyələrin oynanıldığı müsabiqə baş tutub.
Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, «Ayax Global» Türkiyədə fəaliyyət göstərən məşhur hotel brendlərinə çox sərfəli qiymətlər təklif edir. Tur-operator Türkiyənin İstanbul şəhəri, Antalya və Bodrum kimi kurortları üzrə bütün xidmətləri yüksək keyfiyyətlə təqdim edir. Şirkət tərəfindən daha çox satılan və aşağı qiymətlərə təklif edilən hotellərin siyahısını oxucularımıza təqdim edirik:
Qeyd edək ki, «Ayax Global» tur-operatorunun Azərbaycan nümayəndəliyi Bakıda «Globus Center»də yerləşir. Əlaqə üçün +99455 257 48 05 (Anar Hacıyev) telefon nömrələri mövcuddur.
RƏHİM QƏDİROV