Azərbaycanda «Barut» hotellər şəbəkəsində yer alan «Bayou Villas» layihəsinin təqdimatı keçirilib.
Turizmplus.az xəbər verir ki, «Fairmont Baku» hotelində keçirilən tədbirdə 35 yerli turizm şirkətinin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, artıq qonaqların istifadəsinə verilən «Bayou Villas» 24 villadan ibarət olub, Antalyanın mərkəzində — «Barut Lara Collection» daxilində yerləşir.
«Barut» hotellər şəbəkəsinin satış müdiri Erol Çanqa azərbaycanlı turimçilərə isti münasibətdən dolayı təşəkkür edib. O xatırladıb ki, «Bayou Villas» villaları lüks seqmentə aiddir və cəmi 1 ilə yaxındır ki, fəaliyyətə başlayıb.
Tədbir musiqili proqramla davam edib.