FUAD NAĞIYEV: «Yaxın günlərdə Turizm Reyestrinin təqdimatı baş tutacaq» — TURİZM+TV

342030351 2430148877145608 6248951810662267450 n

«Azərbaycanda yaxın günlərdə Turizm Reyestrinin təqdimatı baş tutacaq. Fürsətdən istifadə edib hər birinizi həmin təqdimat tədbirinə dəvət edirəm. Hesab edirəm ki, Turizm Reyestrinin işə düşməsi etibarlı və dayanıqlı turizm sənayesinin formalaşması üçün əsaslar yaradacaq».

Turizmplus.az xəbər verir ki, bu sözləri “Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib.

Agentlik sədri turist səfərlərinin stimullaşdırılması üçün hava nəqliyyatında, həmçinin mehmanxanaların fəaliyyətində pandemiya dövründən irəli gələn müəyyən sanitar tələblərin aradan qaldırıldığını, viza rejiminin liberallaşdırılması, asanlaşdırılması istiqamətində hökumət səviyyəsində yeni müzakirələrə başlandığını vurğulayıb.

Fuad Nağıyev turizm təkliflərinin stimullaşdırılması məqsədilə turizm və rekreasiya zonalarının yaradılması, sahibkarlar üçün əlverişli investisiya rejiminin formalaşdırılması üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Eyni zamanda hava nəqliyyatı siyasəti ilə turizmin inkişafı siyasətinin uzlaşdırılması istiqamətində Agentliyin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, əlavə iqtisadi təşviqlərin verilməsi, maliyyə əlçatanlığının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib.

Menecerlər