KOBİA-da turizmçilərin iştirakı ilə ictimai müzakirə keçirilib — FOTOLAR

1 4

“Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirədə postpandemiya dövründə turizm sektorunun inkişafı və sahibkarların gözləntiləri müzakirə edilib, biznes subyektlərinin təklifləri dinlənilib.

Turizmplus.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın və “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov rəhbəri olduğu şuranın təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən KOB subyektlərinin iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin təşkil olunmasının diqqətdə saxlanıldığını, turizm mövsümünün aktivləşməsi dövründə keçirilən tədbirin məqsədinin sektorun vəziyyətinin və sahibkarların gözləntilərinin öyrənilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirə edilməsi olduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov turizm sektorunun pandemiya dövründə zərər çəkən sahələrdən olduğunu, lakin digər sahələrdə olduğu kimi turizm sektorunda da canlanmanın müşahidə edildiyini bildirib. Qeyd olunub ki, KOBİA turizm sektorunda biznesin qurulması və inkişafını müxtəlif mexanizm və xidmətlərlə dəstəkləyir, bu istiqamətdə Dövlət Turizm Agentliyi və digər tərəfdaşlarla birgə layihələr həyata keçirir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun turizm siyasətində iqtisadi yanaşmanın əsas götürüldüyünü, turizm sektorunun ümumi daxili məhsulda payının artırılmasının və 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata çatdırılmasının hədəf kimi müəyyən edildiyini bildirib. Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin fəaliyyəti turizmdə strateji idarəetmə, turizmin tənzimlənməsi, turizm infrastrukturunun təkmilləşdirilməsi, marketinq və kommunikasiyanın gücləndirilməsi, turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi kimi 5 əsas istiqamət üzrə qurulub.

342169822 945963886440013 6176201015708909057 n

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov assosiasiyanın fəaliyyəti, postpandemiya dövründə turizm sektorunda irəliləyişlər, sektorun inkişafı istiqamətində təşkilata üzv şirkətlərlə əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.

342041867 591534042941621 1944211817039962119 n

 

342028374 102177466200345 743641769946915329 n

Menecerlər