«I am Georgia» tur-operatorunun təşkilatçılığı ilə azərbaycanlı turizmçilərin Gürcüstan info-turu davam edir.
Turizmplus.az xəbər verir ki, 30-dan çox turizmçinin iştirak etdiyi reklam turu aprelin 22-də start götürüb.
«I am Georgia» tur-operatoru turizmçilər üçün həm mədəni proqramlar həm də hotellərlə tanışlıq üçün zəngin proqram tərtib edib.
Yay mövsümünə hazırlıq çərçivəsində turizmçilər Gürcüstanın 5 şəhəri üzrə muzeylər, hotellər və tarixi ərazilərlə tanışlıq imkanı əldə edir.
Qeyd edək ki, info-tur aprelin 28-də sona çatacaq.