“Summer Tour Azerbaijan” şirkəti tərəfindən Antalya istiqamətinə «fam-trip» təşkil olunacaq.
Turizmplus.az «fam-trip» haqqında məlumatları oxucuların nəzərinə çatdırır.
Ümumi məlumat:
Tarixlər: 17-24 may
İştirakçı sayı: 22
Qonaqlama: Hər nömrədə iki nəfər
Uçuş: Azərbaycan Hava Yolları tərəfindən J2 025 və J2 026 reysləri ilə həyata keçiriləcək
Hər turizm agentliyindən yalnız bir nəfər iştirak edə bilər
Qiyməti: 430 USD
Qeyd olunan qiymətə daxildir:
· Gediş-dönüş avia biletlər
· 7 gecə — 5 ulduz kateqoriyalı otellərdə qonaqlama
· AI və UAI konsepsiyası üzrə qidalanma
· Tibbi səyyahət sığortası
· Transfer xidmətləri
Qonaqlama həyata keçiriləcək otellər:
17-18 may — CALISTA LUXURY 5*
18-20 may — KIRMAN HOTELS LEODIKYA RESORT 5*
20-22 may — ELA EXCELLENCE RESORT BELEK 5*
22-24 may — GURAL PREMIER TEKIROVA 5*
Fam-Trip-in tam proqramı, təstiq olunan iştirakçılara göndəriləcək.
Vacib şərt:
İştirak etmək istəyən turizm agentliyi nümayəndəsi https://my.gov.az/ sistemindən, işlədiyi şirkətin adı, vəzifəsi və FİN kodu qeyd olunmaqla arayışı təqdim etməlidir. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız Getmə Turizm (Outgoing) üzrə çalışan, və “Summer Tour Azerbaijan” şirkəti ilə müqaviləsi olan turizm agentlikləri əməkdaşları qəbul olunacaq. Tələb olunan arayışı e-mail vasitəsi ilə [email protected] ünvanına 10 may tarixinə qədər göndərməyinizi xahiş edirik.