Rus turistlərin ən çox səfər edəcəyi ölkələr siyahısında Azərbaycan yer almayıb

453179312 scaled 1

Rusiyada 2023-cü ilin ən yaxşı istirahət istiqamətləri müəyyənləşib.

News.ru və turizm sənayesi ekspertlərinin hazırladığı siyahıda qiymətlə yanaşı, turizm infrastrukturu, təhlükəsizlik və yerli əhalinin rusiyalı turistlərə yanaşması kimi kriteriyalar da dəyərləndirilib.

Turizmplus.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda ilk yeri Türkiyə tutub. Qiymət artımına baxmayaraq bəzi türk hotelləri endirimə getməyi qəbul edib və Türkiyənin hələ də yay tətili üçün ən sərfəli istiqamətlərdən biri olduğuna diqqət çəkilib.

Bildirilib ki, iyul ayında Türkiyə hotellərində iki nəfər üçün iki həftəlik istirahətin qiyməti 100-150 min rubl təşkil edir (nəqliyyat xaric daxil).

İkinci yerdə olan Misirdə də bu göstərici eyni səviyyədədir.

Üçüncü yerdə Birləşmiş Ərəb Əmirliklərində iki nəfər üçün iki həftəlik məzuniyyətin qiyməti 135 min rubl təşkil edir.

Siyahıda Abxaziya dördüncü, Yunanıstan və Cənubi Kipr beşinci yerdədir.

Menecerlər