Mayın 17-də Azərbaycan Sahibkarlar Konfederasiyasının ofisində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və ASK Turizm Komissiyasının sədri Ruslan Quliyevlə Liv-Bona Dea hospitalının nümayəndələri — Korporativ marketinq şöbəsinin müdiri Günay Babazadə və Azərbaycan üzrə Liv Hospitalının Azərbaycan bölgə əməliyyat mütəxəssisi arasında işgüzar görüş baş tutub.
Turizmplus.az xəbər verir ki, görüşdə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış metodları mövzüları ətrafənda fikir mübadiləsi aparılıb.
Yaxın gələcəkdə daha konkret və sistemli əməkdaşlıqla bağlı fəaliyyətlərin və birgə tədbirlərin keçirilməsinin faydalı olduğu vurğulanıb.