«Pegas Touristik» tur-operatorunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün qala gecəsi keçirilib.
Turizmplus.az xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağçı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbəri Göydəniz Qəhrəmanov, Türk Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğlu və b. qonaqlar iştirak edib.
İki mərhələdən ibarət gecənin ilk hissəsində Türkiyənin Alanya və Antalya bölgələrindən gəlmiş hotel nümayəndələri yerli turizmçilərin təqdimatları baş tutub. Bununla yanaşı «Pegas Touristik» tur-operatorunun gələcək planları, yeni uçuş istiqamətləri barədə qonaqlara məlumatlar verilib.
Tədbirin ikinci — qeyri-rəsmi hissəsində 100-dən çox turizmçinin iştirakı ilə musiqili proqram və müxtəlif oyunlar keçirilib. Bununla yanaşı, «Pegas Touristik» şirkəti ilə sıx əməkdaşlıq edən şirkətlərə «Təşəkkürnamə»lər təqdim edilib.