ATAA və BƏƏ-nin Azərbaycandakı səfirliyi qarşılıqlı turizm səfərlərinin sayının artırılmasını müzakirə edib

492dd39c ec9d 4e57 b4bb 5bec2063d6ff

Turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsi və iki ölkə arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Muhammed Al Bloşi arasında keçirilən igüzar görüşdə müzakirə olunub.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə səfir Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumatlandırılıb.

Müzakirələr zamanı Azərbaycanın turizm sektoru üçün Yaxın Şərq bazarının, xüsusi ilə Birləşmiş Ərəb Əmirlikləri istiqamətinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Göydəniz Qəhrəmanov ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün hər iki ölkəyə vizasız səfər etmək imkanının yaradılmasından sonra həm gəlmə,həm də getmə turizimdə müsbət irəliləyişin olacağını qeyd edib.
Uzun illərdir ölkə vətəndaşları arasında Dubay istiqamətinin məşhur olduğunu və bu şəhərə böyük sayda səfərlər təşkil edildiyini bildirən Assosiasiya sədri rəhbərlik etdiyi qurumun qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu bildirib.

eacabade 552b 4113 a7c5 42b761daf7d5

İki ölkə arasında səmimi dostluq münasibətlərinin formalaşdırılmasının bir çox sahələrdə olduğu kimi turizmə də müsbət təsir etdiyini deyən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Muhammed Al Bloşi turizm təşkilatları arasında bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Səfir bu istiqamətdə əməkdaşlığın genişləndirlməsi üçün öz dəstəyini göstərəməy hazır olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində birgə iş birliyinin yaradılması, biznes fəaliyyətinin formalaşdırılması, B2B formatlı görüşlərin keçirilməsi, tanışlıq məqsədli infoturların təşkili, təcrübə mübadiləsinin aparılması, eləcə də aviauçuşların sayının artırırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda gün ərzində bir neçə dəfə olmaqla Azərbaycan Hava Yolları, Flydubai və Air Arabia Hava Yolları şirkəti Dybay və Şarja şəhərlərinə uçuşlar təşkil edir.

Menecerlər