Şimali Kipr Türk Cümhuriyyəti Qlobal Sağlamlıq Turizm Təşkilatı Forumuna ev sahibliyi edəcək

WhatsApp Image 2023 06 02 at 15.49.48

İyunun 1-də Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girnə şəhərində GHTC-nin (Global Healthcare Travel Council) yeni dönəm başqanlığının sözügedən ölkəyə keçməsi ilə bağlı bayraqdəyişmə mərasimi və idarə heyətinin növbəti toplantısı keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel, turizm, gənclik və çevrə naziri Fikri Ataoğlu, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər dövlət, media, özəl sektor nümayəndələri, həmçinin təşkilata üzv olan 24 ölkənin nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası təmsil edib.

Yeni seçilən KKTC-nin Sağlamlıq Turizm Təşkilatının başkanı Ahmet Savaşan növbəti ildə təşkilatın fəaliyyət planını elan edib və hər kəsə tədbirdə iştirakına görə təşəkkür edib. Qurucu fəxri prezident olan Emin Çakmak təşkilatın 2013-cü ildən bəri əldə etdiyi uğurlardan bəhs edib, eyni zamanda gələcək layihələrin, yatırımların vacibliyindən danışıb. Öz çıxışında Şimali Kipr Türk Cumhuriyyətinin baş naziri Ünal Üstel bütün qonaqları salamlayaraq hər kəsi ölkəsində görməkdən məmnun olduğunu bildirib. O, KKTC-nin Dünya Sağlamlıq Turizm Təşkilatına (GHTC) rəhbərlik etməsinin ölkə üçün çox böyük bəhrələr verəcəyini, sağlıq turizm mövzusunda yeni layihələrin olacağını və dövlətin də buna yaxından dəstək verəcəyini açıqlayıb.

Digər dövlət nümayəndələrinin çıxışından sonra GHTC-nin bayrağı rəsmi olaraq Ahmet Savaşana təqdim olunub və xatirə şəkli çəkilib.

Daha sonra GHTC-nin ümumi yığıncağı keçirilib və mövcud problemlər, təkliflər dinlənilib.

Yekunda tədbir iştirakçılarının prezident sarayında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla rəsmi görüşü baş tutub. Görüşdə KKTC-yə olan marağa və dəstəyə görə təşəkkür edən prezident ölkələr arasında turizm və xüsusilə də sağlamlıq turizmi əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. Nümayəndə heyətinə prezidentin xüsusi diplomu təqdim edildikdən sonra xatirə şəkli çəkilib.

İyun 2-də tədbir iştirakçıları KKTC-nin ən məşhur xəstəxanalarını ziyarət edib.

Məlumat üçün bildirək ki, Azərbaycan 2018-2019-cu illərdə Qlobal Sağlamlıq Turizm Təşkilatına rəhbərlik edərək, zirvə görüşünə ev sahibliyini həyata keçirib.

WhatsApp Image 2023 06 02 at 15.49.48 1

Menecerlər