Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi UEFA Çempionlar Liqasının finalı çərçivəsində Türkiyəyə 200 milyon dollarlıq valyuta axınının olduğunu açıqlayıb.
Turizmplus.az xəbər verir ki, ötən günlərdə İstanbulda «Mançester Siti» ilə «İnter» arasında oynanılan UEFA Çempionlar Liqası finalından sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi təşkilatla bağlı açıqlamalar verib.
Təşkilatın gələcəkdə planlaşdırılan bir çox böyük tədbirlərdə Türkiyədə liderlik edəcəyini ifadə edən Büyükekşi, “Final üçün dünyanın hər yerindən qonaqlarımız oldu və ölkəmiz iqtisadiyyatına 200 milyon dollara yaxın valyuta axını oldu.» ifadələrdən istifadə edib.