«Summer Tour» tur-operatoru 2023-cü ildə turizm agentliklərinin bonus qazanma imkanlarını daha da genişləndirir.
Turizmplus.az xəbər verir ki, yeni şərtlərə əsasən https://summertour.az/ saytındakı dövriyyənizlə yanaşı, https://b2b.summertour.az/ saytındakı dövriyyəniz də nəzərə alınacaq və ümumi dövriyyə məbləğindən sizə bonus mükafatlandırılması təqdim olunacaq.
B2B sistemində qeydiyyatı olmayan şirkətlər, sistemə giriş əldə etmək üçün [email protected] e-mail ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, bonusla bağlı müqaviləyə əlavə, imzaya hazır şəkildə, iyun ayı ərzində e-mail vasitəsi ilə sizə göndəriləcək.