Azərbaycanın «Summer Tour» tur-operatoru https://agents.summertour.az/ məlumat bazasını istifadəyə verib.
Şirkətin icraçı direktoru Qüdrət Hacıyevin Turizmplus.az saytına verdiyi məlumata görə, bu addım mövcud subagent şəbəkəsini dəstəkləmək, onların təqdimatını və satış fəaliyyətini təbliğ etmək üçün atılıb.
Belə ki, fərdi müştərilər tərəfindən sosial şəbəkələr vasitəsi ilə «Summer Tour»a ünvanlanan bütün sorğular avtomatik olaraq https://agents.summertour.az/ səhifəsinə yönləndiriləcək və müştərilər istənilən subagenti seçərək turizm xidmətlərini sifariş edə biləcəklər. Bu, partnyorların sağlam rəqabəti üçün əla fürsətdir.
hazırda qeydiyyat üçün şirkətlərdən məlumatlar daxil olmaqda davam edir.