«Aristokrat Travel» turizm agentliyinin rəhbəri Nizami Həsənov Bakıda fəaliyyət göstərən əcnəbi vətəndaş və onun rəhbərlik etdiyi turizm şirkəti barədə dövlət qurumlarına açıq məktub ünvanlayıb.
Turizmplus.az xəbər verir ki, qeyd edilən məktubda Vikrant Crover adlı şəxsin rəhbərlik etdiyi «Kazin Travel DMC»nin qanunsuz əməlləri barədə şikayətlər qeyd olunub.
Turizmçinin sözlərinə görə, şikayət məktubu rəsmi olaraq Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Daxili İşlər Nazirliyinə də ünvanlanacaq.
Məktubun orijinal versiyasını oxucularımıza təqdim edirik:
«AÇIQ MƏKTUB
Əziz və dəyərli həmkarlar — Azərbaycan turizm camiyəsinin əsl fədailəri.
Bu məktubu yazmağda məqsədim ondan ibarətdir ki, nə vaxta qədər bizim turizm sənayesində baş verən özbaşınılıqlar dəvam edəcək və buna aşkaranə şəkildə göz yumulacaq ?
Nə vaxta qədər bəzi yerli və əcnəbi “işbazlar” Vətənimizi bütün dünyaya bərbad turizm distinasiyası kimi tanıdacaqlar ?
Nə vaxta qədər Azərbaycanımızın, milli mənəvi dəyərləri taptalanaraq “əxlaqsızlıq” epopeyası hökm sürəcək. Ölkəmiz seks turizm distinasiyası kimi tanıdılacaq ? Bəli, mənim üçündə cətindir bu sözləri yazmaq, amma məcbur edirlər.
Nə vaxta gədər VİKRANT CROVER kimi ünsürlər gəlib mənim Vətənimdə, mənim Dövlətimdə — bizim Vətənimizdə, bizim Dövlətimizdə, loru dildə desək at oynadıb, hələ bir üstümüzədə dartınacaq ? Nə istədi edib – hələ bir dilinidə uzadacaq ?
Kimsə bu “tərbiyəsizlik etalonu” – na dur demək hökmündə deyil məyər ?
Əlbətdəki var. Biri və birincisi mən.
Kazin Travel DMC adı ilə Azərbaycanda necə ildir fəaliyətdə olan bu şəxs, lakin şirkətin burada hecbir hüquqi qeydiyyatı, ofisi, VÖEN-ü, rəsmi işçi sayı, dövlət reyestr sənədi olmadığı halda, Azərbaycanda işləyib — bütün vergilərdən yayınmağı bacaran, kölgə biznesinə rəhbərlik edən bir əcnəbi vətəndaşdan söhbət gedir. (Hindistan vətəndaşı)
Yerli Turizm Agentliklər və DMC – lər barəsində Asiya turizm bazarında olmazın şər — böhtan xarakterlı uydurmalar, utanmadan söyüş və təhqirlər edən, hər kəsi ləkələməyə calışan bir əcnəbinin bu qədər qanunsuzluğuna artıq son vermək vaxtıdır. Buna bir cox bariz nümunələr göstərə bilərəm. Mənim bu sözlərimi təsdiq edən bir cox həmkarlarımız var.
Dəfələrlə burada fəaliyyətdə olduğu zaman bir sıra yerli bələdcilərimizi, sürücülərimizi, restoratorlarımızı, otelcilərimizi, muzey əməkdaşlarını, rəqqaslarımızı aşkaranə şəkildə aşağılamaqdan cəkinməyən bu adama kimsə yerini bildirməlidir…
Daima əmək məcəlləsini pozaraq, yerli şirkətlərin əməkdaşlarına acıq və aşkaranə şəkildə müxtəlif şirnikləndirici vasitələrlə iş təklifləri etmək, müəyyən pul müqavilində əməkdaşların vasitəsi ilə biznes sirlərini əldə etmək, dolayı yollarla partnyor bazasını ələ kecirmək və sair qanunsuz əməllərlə məşquldur.
Mənə qarşı bunların hecbirini istəsədə edə bilməyib, lakin bu əmmələrdən zərər görən bircox şirkıtlər var.
Hələm buna gizlin havadarlıq edib, mənəviyatını pula satan bəzi “bələdcığazlar”, həris və acgöz “otelcığazlar” — da var. Elə zənn etməyinki hecnədən xəbərimiz yoxdur. Gizlin görüşləriniz harada, kimlə, nə zaman, necə dəfə, hansı mövzuda olmasını belə bilirik və xəbərdarıq.
Sual yaranır: məqsədiniz nədir o “işbaza” bütün yerli şirkətlərdən ucuz otel qiyməti təklif
etmək ? Nə maraqınız var bu məkirli işlərdə dəstək olmaq?
Cavab verirəm: antiinhisar qanun — qaydalarına və beynəlxalq turizm tələblərinə zidd olaraq məqsədli şəkildə öz şəxsi maddi maraqlarınızı nəzərə alaraq (otelin marağı deyil),
oteldə ən ucuz qiyməti ona verərmək. Yerli şırkətləri sıxışdırıb bizneslərini əllərindən alıb, turizm sektorunu darmadağın etmək.
Azərbaycan turizminində həqiqi əməyi olan 100 – lərlə həmkarlarımız var. 15 il – 20 il bu sahədə külünc vuran peşakarlarımız var. Müstəsna əziyyəti olan, dünyasını dəyişən turizm korifeylərimiz var. Mədəniyyət və Turizm Nazirliyindən — Dövlət Turizm Agentliyinə qədər, Azərbaycan Turizm Assosasiyasından (ATA) – Azərbaycan Turizm Agentlikləri Assosasiyasına gədər və ( adını cəkmədiyim assosasiyalar daxil ) bu işlərdə böyük əməyi, əziyyəti, zəhməti var. Heckim mənə bunun əksini deməsin. Bu mənim subyektiv fikrimdir.
Sovetlər birliyində olan “ ТУР БЮРО Азербайджанская ССР ” – nin belə Azərbaycan turizminin yaradıcılığında və quruculuğunda əzyəti olub. Yaşlı nəsil hər şeyi xatırlayır və təsdiq edərlər sözlərimi.
Hamılıqla icazə verməməliyik “kimlərinsə” ucbatına destinasiyamıza xələl gəlsin.
İnsan alveri ilə baglı mövzusunda hecbir acıqlama vermək istəmirəm hələki. Yani HƏLƏKİ. Xahiş edirəm (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi araşdırma aparıb ölcü götürsün. Kifayət qədər dəlil və sübutlar var bunun kimilərinin əməlləri barədə.
Sizdə hazırlaşın bəzi yerli turizm şirkət “rəhbərcikləri”. Bir gün sizində qapınız döyüləcək. Yani bu pulu necə ovladlarınıza yedizdirə bilirsiz? ŞƏRHSİZ …
Nə qorxacağım var – nə cəkinəcəyim. Əməlim düz, biznesim qanunvericiliyə uyğun, alnım acıqdır hərkəsin qarşısında. Bu uzun illər ərzində nəfsimə qalib gələ bilib — qanundan kənar hecbir işə baş qoşmamışam.
Yuxarıda sadaladığım sözlərin tam əminliklə arxasındayam, dəlil və faktlara uyğun olaraq bu məktubu yazıram.
Hörmətli həmkarlar və dostlar, kənarda durub bu mənzərəni seyr edərək – “mənim nəyimə lazımdır-mən qarışmıram” demək ən sadə və primitividir. Axı bu Vətən hamımızındır, axı bu Vətənin suyunu, cörəyini, havasını, torpağını hamımız istfadə edirik.
Bütün aidiyatı orqanlara müraciət edib, xahiş edirəm bu məsələ ilə əlaqədar araşdırma aparılsın və hüquqi qiymət verilsin.
Öncədən məni anlayışla qəbul edən hər birinizə təşəkkür edirəm.
#dövlətiminyanındayam
AÇIQ MƏKTUBUMLA BAĞLI AŞAGIDA QEYD ETDİYİM HƏR BİR GURUMA RƏSMİ MÜRACİYƏT OLUNACAQ :
Dövlət Turizm Agentliyi
Dövlət Miqrasiya Xidməti
Dövlət Vergi Xidməti
Dövlət Məşğulluq Agentliyi
Daxili İşlər Nazirliyi»