“Şahdağ” Turizm Mərkəzinin ərazisində 140 otaqdan ibarət yeni hotelin tikintisi davam edir.
Turizmplus.az xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rüstəm Nəcəfov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hotelin açılışı 2024-cü ildə gözlənilir.
Nəzərinizə çatdıraq ki, “Şahdağ” Turizm Mərkəzinin ərazisində hazırda 5 hotel fəaliyyət göstərir.
Bu il daha bir yenilik ərazidəki böyük gölün açılışıdır. Xüsusi ərazidə yaradılmış süni göl iki hissədən ibarətdir. Burada qonaqlar həm üzə, həm də yeni katamaranlarla vaxtlarını əyləncəli keçirə biləcəklər. Katamaran əyləncəsi yay mövsümü üçün nəzərdə tutulan əyləncələr siyahısına daxil edilib.