Qırğızıstanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

WhatsApp Image 2023 07 04 at 17.27.00

Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.

DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51% artım deməkdir.

Menecerlər