AZAL-dan Naxçıvan-Bakı reysində yaşananlarla bağlı AÇIQLAMA

319525382 3449535615275493 8673152072376844232 n

Xəbər verdiyimiz kimi, iyunun 5-də saat 23:45-də baş tutan Naxçıvan-Bakı reysində xoşagəlməz olay yaşanıb.

AZAL-ın mətbuat xidmətindən Turizmplus.az saytına verilən məlumata görə, ötən gecə Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bir sıra sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər. Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq onlar ekipajın tələblərinə tabe olmayıblar.

Bununla əlaqədar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli «Aviasiya haqqında» Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb.

Yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb.

Menecerlər