Azərbaycan vətəndaşları bu tarixdən etibarən BƏƏ-yə vizasız gedə biləcəklər

uaevisa

8 iyul 2023-cü il tarixindən etibarən ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları qarşılıqlı olaraq digər dövlətin ərazisinə vizasız və rüsumsuz daxil ola bilərlər.

Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Dubay əmirliyində yerləşən konsulluğu yayıb.

Qeyd edilib ki, hər iki ölkə vətəndaşları 90 gündən artıq olmayan müddətdə səfər edə bilərlər.

Menecerlər