İyunun 3-də 8126 metrlik Nanqa Parbat dağının zirvəsinə qalxmaq üçün irəliləyən pakistanlı alpinist Asif Bhatti qar korluğu ilə üzləşib.
Turizmplus.az xarici KİV-lərə istinadən xəbər verir ki, Asif 7500-8000 metr hündürlükdə, yəni 4-cü düşərgədə bu problemlə qarşılaşıb. Həmkarının vəziyyətini görən azərbaycanlı peşəkar dağçı İsrafil Aşurlı zirvəyə qalxmaqdan imtina edərək Asif Bhattiyə yardım edib. İ.Aşurlı pakistanlı dağçını çətinliklə 2-ci düşərgəyə qədər endirə bilib. Daha sonra iki pakistanlı dağçı Şah Daulat və Məhəmməd Yonus yardım üçün könüllü olaraq birinci düşərgədən ikinciyə gəliblər. Hazırda xilasetmə işləri davam edir.
Bu hadisənin fonunda azərbaycanlı alpinist İsrafil Aşurlının qəhrəmanlığı dünya mediasında işıqlandırılıb.