Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti cari ilin 2-ci rübünün yekunlarına dair toplantı keçirib.
Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, iclasda İdarə Heyəti tərəfindən Nizam İntizam Kommisiyasına 4 yeni üzv də təyin olunub.
Yeni üzvlər olaraq “Alean Company” şirkətinin direktoru Nataliya Ağayeva, “Atlas Travel” şirkətinin direktoru Abbas Süleymanov, «Sunshine” şirkətinin direktoru Rəşad Tağıyev və “Selena Tour” şirkətinin direktoru Aynurə Həsənova qəbul edilib.