Oxuculara “Əfşan – İran boyunca uzanan tək səyahətim” kitabından yaxşı tanış olan səyyah-fotoqraf İradə Qədirovanın növbəti kitabı işıq üzü görəcək.
Turizmplus.az xəbər verir ki, İ. Qədirova «Eşqin izi ilə» adlı səfərnaməsində bizi dünyanın bir çox şəhərləri, xalqların adət-ənənələri, tarixi ilə tanış edir. Kitab, sadəcə, tarixi-coğrafi bilgilərlə deyil, eyni zamanda, müəllifin zəngin dünyagörüşünün məhsulu olan dəyərli fikir və təəssüratlarla da zəngindir.
Qeyd edək ki, kitabın qiyməti 12₼-dır. Səfərnaməni «MİMTA» yayınlarından öncədən sifariş etməklə kitabı 20% endirimlə 9,60₼-a əldə edə bilərsiniz.