AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsi və ölkəyə yeni beynəlxalq aviaşirkətlərin cəlb edilməsi çərçivəsində 2023-cü ilin ilk 6 ayı ərzində görülən işlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin axınının artımında mühüm rol oynayıb.
Turizmplus.az Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsində xeyli artım müşahidə etmək olar.
Bu ilin 6 ayı ərzində Bakı aeroportunun ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb. 2022-ci ilin 6 ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.