Türkiyədə istirahət edən turistlərdə virus aşkarlanır — İNGİLTƏRƏDƏN XƏBƏRDARLIQ

turkiye ingiltere bayrak 1486659

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) 2023-cü ilin əvvəlindən Böyük Britaniyada müşahidə edilən təxminən 250 salmonella bakteriyasının Türkiyə ilə əlaqəli olduğunu açıqlayaraq bəyanat yayıb.

Turizmplus.az xəbər verir ki, bəyanatda infeksiya riskini azaltmaq üçün bəzi xəbərdarlıqlar da yer alıb. Türkiyədən qayıdan bir çox Britaniya vətəndaşının mədə-bağırsaq xəstəlikləri ilə üzləşdiyi vurğulanaraq, bu xəstələrin əksəriyyətinin Antalya bölgəsindəki tətildən qayıtdığı da bildirilib.

Yanvarın ortaları ilə iyulun 19-u arasında 241 hadisənin aşkar edildiyini, xəstələnənlərin 56 faizinin kişilər olduğunu, xəstələnənlərin isə orta yaşının 29 olduğunu açıqlanıb. Xəstələrlə aparılan sorğularda Türkiyədə hər şey daxil proqramının tətbiq olunduğu hotellərdə bəzi şəxslərin qaldığı bildirilib.

UKHSA tərəfindən verilən tövsiyələr aşağıdakı kimidir:

– Yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra və ya yemək hazırlamazdan əvvəl mütləq əllərinizi yuyun.

– Bişmiş yeməklər ilə qidalanmağa üstünlük verin.

– Yalnız qabığını soyduğunuz meyvələri yeyin.

– Pasterizə edilmiş süd və süd məhsulları ilə qidalanın.

Menecerlər