Rusiyanın “Aeroflot” aviaşirkəti “Sleep+” adlı xidmət çərçivəsində bir sərnişinə birdən çox yer satmağa başlayıb.
Turizmplus.az xəbər verir ki, uçuş zamanı yatmaq istəyən sərnişinlər bu yolla oturacaq qrupunu bağlaya biləcəklər.
Xidmətə görə ödəniləcək əlavə rüsum oturacaqların tərtibatından asılı olaraq 21 500 ilə 32 500 rubl (237-358 ABŞ dolları) arasında olacaq.
“Sleep+” xidməti ilk dəfə 13 saatlıq Moskva-Varadero (Kuba) reysində istifadəyə verilib. Bir səfər üçün biletin qiyməti normal olaraq 160 min rubl (1766 dollar) civarındadır.
Xidmətdən yararlanmaq istəyən sərnişinlərə yastıq, ədyal və döşək də veriləcək.