Bu turistlərə Yunanıstanda bir həftəlik ödənişsiz tətil təklif ediləcək

Rodos Kallithea Zatoka Antonnego Quinna 2
Overlooking the beautiful beach at Anthony Quinn Bay Rhodes Greece Europe

Yunanıstanda son həftələrdə baş verən yanğınlar minlərlə turistin bu yay tətilini məhv edib. Bir çox turist tətil üçün gəldiyi Rodos adasını yanğınlar səbəbindən tərk etməli olub.

Turizmplus.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Rodos adasını tərk etməli olan turistlərin gələn il “bir həftəlik pulsuz tətil” üçün adaya qayıda biləcəklərini açıqlayıb. Kiriakos Mitsotakis Britaniyanın İTV kanalına verdiyi müsahibədə, «Yunanıstan hökuməti yanğınlara görə tətillərini yarımçıq qoyanlara gələn yaz və ya payızda Rodosda bir həftəlik pulsuz tətil təklif edəcək»-, deyə bildirib.

Qeyd edək ki, iyulun 18-dən başlanan yanğınlar Rodosun cənubunda on gün ərzində təxminən 17770 hektar ərazini məhv edib. Yanğınsöndürmə idarəsi bu günlər ərzində 30 min insanın təxliyə edildiyini bildirib.

Menecerlər