Avqustun 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmitin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovun, Azərbaycan Hotel Assosiasiyasının sədri Eldar Əlimuradovun və İcraçı direktoru Günay Sağlamın, eləcə də “Absheron Hotel Group”-un yeni Baş icraçı direktoru Matt Balcikin iştirakı ilə işğüzar görüş keçirilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüşün əsas müzakirə mövzusu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə iş birliyinin yaradılması məsələləri olub.
Turizm sektorunun inkişafına və sənayenin fəaliyyətinin şaxələndirilmsinə həsr olunan görüşdə turizm şirkətləri və hotellər arasındakı kommunikasiya əlaqələrin genişləndrilməsi, biznes fəaliyyətinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.