Turizmçilər, diqqətli olun ! — YENİ TƏHLÜKƏ

4304

Son zamanlarda Azərbaycan turizm sənayesində fəalliyyət göstərən agentliklər yeni təhlükə ilə qarşı-qarşıya qalıb. Belə ki, turizm şirkətlərinin müştərilərlə yazışıb-əlaqə saxladıqları «Whatsapp» profilləri oğurlanır. Nəticədə, hackerlər müştərilərdən turlara və aviabiletlərə görə, şirkət adından əlavə ödənişlər tələb edirlər.

Bu barədə Turizmplus.az saytına artıq bir neçə şirkətdən şikayət daxil olub. «Mil Tour Agency» şirkətinin nümayəndəsi bildirib ki, sorğular və müştərilər üçün nəzərdə tutulan nömrə şirkətdə olsa da «whatsapp» profili hackerlər tərəfindən ələ keçirilib və hazırda giriş mümkün deyil.

Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq

Bundan əlavə turizm qruplarında bir neçə zərərçəkmiş şirkətin nümayəndəsi də bu barədə məlumat verib. Qeyd edilib ki, hackerlər profilləri ələ keçirdikdən sonra müəyyən turlar almış müştərilərə yazaraq məbləğin yalnış göndərildiyini bildirib, əlavə ödəniş tələb edirlər.

Bununla bağlı hələlik ki, rəsmi qurumlara heç bir şikayət qeydə alınmayıb. Mövzunu diqqətdə saxlayacayıq.

Menecerlər