«Fun&Sun» Azərbaycan nümayəndəliyindən məsələ ilə bağlı AÇIQLAMA

303091188 493403412791704 1162563391881022970 n 2

«»Fun&Sun» şirkəti Qazaxıstandan, yəni mərkəzi ofisdən idarə olunur. Partnyorlar, qiymətlər və digər bütün detallara oradan nəzarət edilir».

Bunu Turizmplus.az saytına tur-operatorun Azərbaycan ofisinin nümayəndəsi İsgəndər Əliyev bildirib. O, qeyd edib ki, şirkət Birləşmiş Ərəb Əmirlikləri şirkəti olduğu üçün şirkət sahibinin milliyəti haqqında məlumat Azərbaycan ofisində olmayıb.

«Fun&Sun» tur-operatoru erməni şirkəti ilə əməkdaşlıq edir? — ARAŞDIRMA

"Məsələdən məlumatımız olan kimi mərkəzi ofisə bildirib qeyd olunan şirkət ilə bütün əməkdaşlığı dayandırmağı tələb etdik və təbii ki, dayandırıldı. Şirkət sahibinin milliyətini dəqiq bilmirik ancaq erməni olmaq şübhəsi belə əməkdaşlığı dayandırmağımıza əsasdır. Bir azərbaycanlı kimi bunu özümüzə borc bilirik", - deyə İsgəndər Əliyev qeyd edib.

RƏHİM QƏDİROV

Menecerlər