Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir. Sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Bakıda möhtəşəm «Tourism Day Private Event» tədbiri baş tutacaq
Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.
Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.