ATAA Səudiyyə Ərəbistanın turizm təşkilatları ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

366684607 682658887241286 3551760305579998059 n

Turizm sahəsində əməkdaşlıq imkanlarının inkişaf perspektivləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Səudiyyə Ərəbistanının Amerika və Avropa bazarı üzrə nümayəndəsi Əbdüləziz Əlxələfi və Mərkəzi Asiya üzrə ticarət bazarlarının direktoru Viktoriya Bikulova arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşdə ATAA sədri Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verib.

Müzakirələr zamanı iki ölkənin turizm təşkilatları arasında qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi və inkişafı, üzv şirkətlərlə əməkdaşlığın gücləndirilməsi, B2B formatlı görüşlərin keçrilməsi, viza prosedurlarının sadələşdirilməsi, qarşılıqlı turist səfərlərinin sayının artırılması, eləcə də təbliğat-təşviqat yönümlü tədbirlərin keçirilməsi, üzv şirkətlər üçün tanışlıq məqsədli infoturların təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin nümayəndə heyətinin tərkibində iştirak edən “Voyager Group” turoperatorunun direktoru Nataliya Novikova arasında Assosiasiya və üzv şirkətlərlə birgə iş birliyinin qurulması və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Menecerlər